“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az xəbər verir ki, “bayquşlar” bu barədə rəsmi feysbuk hesabından paylaşım edib.
Paytaxt təmsilçisi nigeriyalı Cessi Sekidikanı transfer edib. Onunla 2+1 illik müqavilə imzalanıb. Afrikalı futbolçu 70 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 27 yaşlı vinger karyerası ərzində Türkiyədə “Əskişəhərspor”, “Qalatasaray”, “Konyaspor”, “Eyüpspor” və “Ümraniyəspor” klublarının formasını geyinib.

