“Bu gün 20 yanvardır. Bilirəm ki, ölkə üçün çox önəmli və kədərli gündür. 36 il bundan öncə insanlar müstəqillik üçün küçələrə axışıb və həyatlarını qurban veriblər. Allah onlara rəhmət etsin. Oyunla bağlı deyim ki Çempionlar Liqası matçıdır, bizim üçün çox vacibdir. Türkiyədə idik, orada hazırlıq keçdik. Bu, bizim üçün çox önəmli idi. İnanıram və ümid edirəm ki, bu toplanışda işlədiklərimizi sabah həyata keçirə biləcəyik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Pedro Bikalyo “Ayntraxt” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
Əminliklə deyə bilərəm ki bəli. Turnirin nəhəngliyini, oyunun vacibliyini nəzərə alsaq, çox önəmli matçdır. Qalib gəlsək, nələr olacağını təsəvvür edə bilirsiz.
Əsas komandanın qalibiyyətidir. Əsas qələbə qazanmaqdır. Oyundan sonra kim seçiləcək, başqa məsələdir”.

