07 İyul 2026
Ölkə futbolu

Qanalı oyunçu “Kəpəz”də – FOTO

Misli Premyer Liqasının III turunda “Kəpəz” doğma meydanda “Turan Tovuz”u qəbul edir.

İdmanxeber.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyunu izləyənlər arasında bir müddətdir “sarı-göylər”də baxışda olan futbolçu Ezekiel Morqan da var.

Qanalı yarımmüdafiəçinin məşqçilər heyətinin rəğbətini qazandığı və qısa vaxtda onunla müqavilə bağlanacağı bildirilir.

Xatırladaq ki, “Kəpəz” – “Turan Tovuz” matçı saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43