Premyer Liqa

“Qarabağ” 3 xalı 4 qolla qazandı (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tura start verilir. 

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə cəmi bir qarşılaşma baş tutacaq.

Premyer Liqanın lideri "Qarabağ" avrokuboklara vəsiqə qazanmaq istəyən "Kəpəz"i qonaq edəcək. Gəncə təmsilçisi ötən tur AZAL-a gözlənilmədən böyükhesabla məğlub olduğundan bu matçda uduzmamaqla aktivinə xal yazdırmağa çalışacaqsa, ağdamlılar növbəti 3 xalı qazanmaqla liderliyini möhkəmləndirmək istəyəcək.

Azərbaycan Premyer Liqası

29-cu tur

8 aprel (cümə)

17:30. "Qarabağ” – "Kəpəz” – 4:0
Qollar: Tural Axundov, 17-avtoqol, Tural Axundov, 42-avtoqol, Mahir Mədətov, 62, Armenteros, 90+2 (4:0) 

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov.

Bakı. "Azərsun Arena”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43