Ölkə futbolu

“Qarabağ” bu 10 oyunçu ilə məşq edəcək – Siyahı

Premyer Liqanın 7-ci turunda “Zirə” ilə oyundan sonra 3 günlük istirahətə buraxılmış “Qarabağ” sentyabrın 22-də məşqləri bərpa edəcək. 

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hazırlığa milli komandalara dəvət almış futbolçular qatılmayacaqlar.

Hazırlıq prosesində Luka Quqeşaşvili, Amin Ramazanov, İsmayıl İbrahimli, Qara Qarayev, Kevin Medina, Julio Romao, Leandro Andrade, Kadi Borges, Abdullah Zubir və Kvabena Ovusu iştirak edəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43