“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, İrlandiya təmsilçisi “Şelburn” iki oyunun nəticəsinə əsasən (1:0, 1:1) Şimali İrlandiyanın “Linfild” kollektivindən üstün olub.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

