Xəbər verdiyimiz kimi, Kadi Borqes “Çelsi”yə qarşı oyunda aldığı zədə səbəbindən 3 ay meydanlardan uzaq qalacaq.
İdmanxeber.az-ın məlumatına görə, UEFA-nın liqa mərhələsi üçün tətbiq etdiyi qaydalara əsasən, ciddi zədə halında klub siyahıda dəyişiklik edə bilər. Bu hüquqdan yararlanan “Qarabağ”, iştirak ərizəsində Kadinin yerinə yeni transferi Coni Montieli qeydiyyata alıb.
Artıq ispaniyalı futbolçunun adı Çempionlar Liqasının rəsmi saytında yer alır.

