08 İyul 2026
Ölkə futbolu

Qarabağ klubu ev oyunlarını Füzulidə keçirmək istəyir

Azərbaycan II Liqasında çıxış edən “Füzuli” komandası ev oyunlarını təmsil etdiyi rayonda keçirmək istəyir.

Bu barədə idmanxeber.az saytına bölgə təmsilçisinin icraçı direktoru Vasif İsmayılov məlumat verib. O bildirib ki, hazırda bu istiqamətdə çalışmalar davam edir:

“Klubumuzun rəhbəri Rauf Əliyev bu işlə məşğul olur. Biz də ev oyunlarımızı Füzulidə keçirmək istəyirik. Horadiz Olimpiya Kompleksində oynaya bilərik. Amma orada görüləsi müəyyən işlər var. Əgər bütün işləri qaydasına sala bilsək, ikinci dövrə rəqiblərimizi HOK-da qəbul edə bilərik”.

Xatırladaq ki, “Füzuli” komandası hazırda ev oyunlarını “ASK Arena”da keçirir. İki oyundan sonra Qarabağ təmsilçisinin aktivində 3 xalı var.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43