İdman

“Qarabağ” – “Kukesi” cütünün məğlubunu Avroliqada gözləyən komandalar

Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

İdmanxeber.com-un məlumatına görə, görə, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizəni dayandıracaq klubların da  Avroliqadakı rəqibləri bəlli olub.

“Qarabağ” “Kukesi” səddini keçə bilməsə, “Torpedo” (Kutaisi, Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 9-da və 16-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43