Kateqoriyasız

“Qarabağ” – “Nant” oyununa gələcək azarkeşlərə çağırış

“Qarabağ”ın azarkeş qrupu “İmarət” “Nant”la bugünkü oyunu ilə bağlı stadiona gələcək azarkeşlərə müraciət edib.

İdmanxeber.az-ın məlumatına görə, müraciətdə oyun başlanan kimi hamıdan 1 dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsini yad etməsi xahiş olunub.

“Matçın başlama fitindən etibarən bütün azarkeşlərdən bir dəqiqəlik sükuta riayət etmələrini xahiş edirik. Bundan sonra “Şəhidlər ölməz, vətən bölünməz” şüarını hər kəsin birlikdə səsləndirməsi üçün diqqət 5-ci sektorda olsun” – deyə fan klubun Feysbuk səhifəsinin yaydığı paylaşımda bildirilib.
“Qarabağ” – “Nant” oyunu bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20:45-də başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43