09 İyul 2026
Kateqoriyasız

“Qarabağ” “Neftçi” ilə oyunun biletlərini satışa çıxardı

Azərbaycan kubokunun finalında “Neftçi” ilə qarşılaşacaq “Qarabağ” matçın biletlərini satışa çıxarıb.

İdmanxeber.com-un məlumatına görə, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

“Qarabağ” azarkeşləri üçün 1-13-cü sektorlara olan biletlər nəzərdə tutulub. 1-10-cu sektorlara biletin qiyməti 1 manat, 11-12-ci sektorlara 3 manat, 13-cü sektora isə 5 manatdı.

Mayın 25-i keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 20:00-da start götürəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43