“Changan” şirkəti “Qarabağ”la tərəfdaşlıq müqaviləsi imzalayıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Çin avtomobil istehsalçılarının “Böyük dördlüyünə” daxil olan “Changan” şirkəti “Qarabağ”ın yeni tərəfdaşı olacaq.
Klubla sözügedən şirkət arasında 2 illik müqavilə imzalanıb.

