Dünya futbolu

“Qarabağ” oyunu öncəsi “Arsenal”da bir ciddi itki daha

“Qarabağ” Avroliqanın qrup mərhələsinin ikinci turunda “Arsenalı” qəbul edir

London təmsilçisinin qabonlu hücumçusu Pyer-Emerik Obameyanq xəstələndiyi üçün bu gun “Qarabağ” qarşı olan oyunu buraxacağı bildirilib.

Qeyd edək ki, Obameyanqla yanaşı Petr Çex, Loran Koselni, Konstantinos Mavropanos, Karl Cenkinson, Enzli Meytlend-Naylz və Aaron Remzi də “Qarabağ”a qarşı oynamayacaq. Erməni yarımmüdafiəçi Henrix Mxitaryan isə Bakıya gətirilməyib.

Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu sabah saat 20:55-də başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43