“Avrokuboklarda görüşlər konsantrasiya oyunlarıdır. Burada matça köklənmək, psixoloji hazırlıq vacib əməllərdəndir”.
Bu sözləri İdmanxeber.az saytına bir dönəm “Qarabağ”da çıxış etmiş Çumbinyo deyib. O, Ağdam klubunun qrupdakı şanslarını yüksək qiymətləndirib:
“Qarabağ”ın alışılmış oyun üslübü var. Bunu davam edəcəyi təqdirdə, rəqiblərinə çox çətinlik yarada bilər. Komanda ötürmələrlə, sürətli keçidlərlə təhlükəli epizdolar yarada bilir. Geridə qalır bu imkanlardan maksimum istifadə etmək. Demirəm, rəqiblər asan komandalardır. Ancaq heç nə mümkünsüz deyil. Qrupun əsas favoriti “Olimpiakos” görünür. Onların bir neçə görüşünü izləmişəm. Ancaq deyim ki, “Qarabağ” intizamlı, səbrli oynasa, qrupdan birinci çıxa bilər”.
Qeyd edək ki, Ağdam təmsilçisi UEFA Avropa Liqası G qrupunda “Olimpiakos”, “Frayburq” və “Nant”la birgə mübarizə aparacaq.

