Kateqoriyasız

“Qarabağ” rəsmisinə yüksək etimad: ECA-da vəzifə verildi

“Qarabağ”ın baş meneceri Asif Əsgərov yenidən Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun katibi seçilib.

İdmanxeber.az-ın məlumatına görə, Əsgərov “Milan”ın prezidenti İvan Qazidisin rəhbərlik etdiyi qrupda 4 il xidmət göstərəcək. Asif Əsgərov bu qrupda “Tottenham”, “Arsenal”, “Ayaks”, “Zalsburq”, “Yuventus”, “Barselona” və “Borussiya” (Dortmund) rəsmiləriylə birlikdə yer alıb.

Qeyd edək ki, Asif Əsgərov iki il İşçi Qrupunun üzvü olub və bu hal Azərbaycan futbol tarixində ilk və yeganədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43