“Qarabağ”ın Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda “Roma”ya qarşı keçirəcəyi matçın biletləri biletləri bu gün saat 17:00-dan etibarən satışda olacaq.
İdmanxeber.com-un klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, biletləri iTicket.az saytından, eləcə də aşağıdakı ünvanlardan əldə etmək mümkündür:
Asan Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı), Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı), Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası).
Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.
Biletlərin qiymətləri:
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN
Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si saat 20:00-da başlayacaq.

