19 İyun 2026
Ölkə futbolu

“Qarabağ” – “Sabah” matçına nə qədər bilet satılıb?

Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində “Qarabağ” “Sabah”ı qəbul edəcək.

İdmanxeber.az xəbər verir ki, sabah saat 19:00-da start götürəcək matça indiyə qədər 9500 bilet satılıb.

Qeyd edək ki,  “Qarabağ” – “Sabah” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Biletlərin qiyməti: 5, 10, 20 AZNBiletlər iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Biletləri oyun günü isə həm stadionun kassalarından həm də, iTicket.az saytından əldə edilə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43