10 İyul 2026
Ölkə futbolu

“Qarabağ” – “Şerif” matçı canlı yayımlanacaq: Hansı kanalda?

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Moldova təmsilçisi “Şerif”lə qarşılaşacaq olan “Qarabağ”ın ilk oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ilk matçı azarkeşlər “İdman Azərbaycan” kanalından da canlı olaraq izləyə biləcək.

Qeyd edək ki, “Qarabağ” – “Şerif” matçının start fiti saat 21:00-da çalınacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43