Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start veriləcək.
İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz "Qarabağ" da bu gün 3-cü mərhələdə ilk oyununa çıxacaq. Ağdam təmsilçisi öz meydanında Moldovanın “Şerif” klubunu qəbul edəcək.
Matç saat 21:00-da, Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.
25 iyul
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) 0:0
Baş hakim: Sergey Sinkeviç
Yan xətt hakimləri: Vitali Malyutin, Yevgeni Romanov
Dördüncü hakim: Viktor Şimsuk (hamısı Belarus)
UEFA nümayəndəsi: Kuaniş Kanapyanov (Qazaxıstan)
Hakim-inspektor: İçko Lotsev (Bolqarıstan)
Bakı.Tofiq Bəhramov adına Respublika Stadionu

