08 İyun 2026
Ölkə futbolu

“Qarabağ” “Şkendiya”nı darmadağın etdi – YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

İdmanxeber.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da cavab matçına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda “Şkendiya”nı darmadağın edib – 5:1. 

Qeyd edək ki, “Qarabağ” – “Şkendiya” cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf də Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq. 

12 avqust

UEFA Çempionlar Liqası

3-cü mərhələ, cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – “Şkendiya” (Şimali Makedoniya) 5:1

Qollar: Tamba, 10 (0:1), Keyk, 16 – avtoqol (1:1), Kadi Borqes, 18 (2:1), Nəriman Axundzadə, 33 (3:1), Marko Yankoviç, 35 (4:1) – pen; Leandro Andrade, 59 (5:1) 

İlk oyun – 1:0

Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries (Niderland) 

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43