09 İyun 2026
Dünya futbolu

Cek Qriliş “Everton”da

“Everton” “Mançester Siti”nin cinah hücumçusu Cek Qrilişi heyətinə qatıb.

İdmanxeber.az-ın məlumatına görə, Liverpul təmsilçisi 29 yaşlı futbolçunu bir mövsümlük icarəyə götürüb. Qriliş yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, o, 2021-ci ildən “Mançester Siti”nin şərəfini qoruyur. Ötən mövsüm 32 matçda meydana çıxaraq 3 qol vurub və 5 qol ötürməsi edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43