UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" – "Slovan" matçının hakim təyinatları açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, görüşü isveçrəli hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Stefan Klossner olacaq. Ona həmyerliləri Raffael Zeder və Yan-Yves Viçt kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yohannes Voqel yerinə yetirəcək. Oyunun əlavə hakimləri isə Alain Bieri və Saşa Amhof olacaq.
Hakimlərin işinə moldovalı Vladimir Antonov qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə bolqarıstanlı Pavel Kolev olacaq.
Qeyd edək ki, "Qarabağ" – "Slovan" matçı sentyabrın 15-i "Dalğa Arena"da start götürəcək.
15 sentyabr
19:00. "Qarabağ" – "Slovan" (Çexiya)
Baş hakim: Stefan Klossner
Köməkçi hakimlər: Raffael Zeder, Yan-Yves Viçt
Əlavə köməkçi hakimlər: Alain Bieri, Saşa Amhof
Dördüncü hakim: Yohannes Voqel (hamısı İsveçrə)
Hakim inspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)
Dalğa Arena

