14 İyul 2026
Kateqoriyasız

“Qarabağ” şokda

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Sumqayıt”la oyunda zədələnən “Qarabağ”ın futbolçusu Rahid Əmirquliyevin durumuna aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvünün ayağında yırtıq aşkarlanıb. Məhz buna görə də, təcrübəli futbolçunu 1 ay “Qarabağ”a kömək edə bilməyəcəyi bildirilir.

Qeyd edək ki, R.Əmirquliyev bir müddət öncə də zədəli idi və o yenicə formasını bərpa edirdi ki, yenidən zədə ilə üz-üzə qaldı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43