Kateqoriyasız

“Qarabağ” – “Sumqayıt”: Biletlər satışa çıxarılacaq

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının XVI turundan təxirə salınmış oyunda “Sumqayıt”ı qəbul edəcək.

İdmanxeber.az xəbər verir ki, saat 12:00-dan etibarən qarşılaşmanın biletləri satışa çıxarılacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VIP biletlər isə 10 manat təşkil edir.

Matç saat 19:00-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43