İdman

“Qarabağ” üçün gözəl fürsət – PÜŞK ATILDI

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində iştirak edən “Qarabağ”ın da potensial rəqibi bilinib.

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə  32 komanda iştirak edib.. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayıb.

Qurban Qurbanovun yetirmələri Albaniyanın “Kukesi” klubunu keçərsə, BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşcaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionlar yolu

“Seltik” (Şotlandiya) – “Rusenborq” (Norveç) cütünün qalibi – AEK (Yunanıstan)

“Zalsburq” (Avstriya) – “Şerif” (Moldova) – “Şkendiya” (Makedoniya) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi – “Legiya” (Polşa) – “Spartak” (Slovakiya) cütünün qalibi

“Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya) cütünün qalibi – BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi

“Astana” (Qazaxıstan) – “Midtulland” (Danimarka) cütünün qalibi – 

“Dinamo” (Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi

“Malmö” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi – “Lüdoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi

3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43