İdman

“Qarabağ” və “Qəbələ” qələbə qazandı – YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun görüşlərinə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, son oyun günü daha iki görüş keçirilib. Günün ilk oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" autsayder "Kəpəz"i qəbul edib. Növbəti oyun isə Mərdəkanda – "Səbail" və "Qəbələ" kollektivləri arasında reallaşıb.

 

17 sentyabr (bazar)

Azərbaycan Premyer Liqası, V tur

18:30. “Qarabağ”- “Kəpəz” 2:0
Qollar:
Coşqun Diniyev, 34 (1:0), Dani Kintana, 80 (2:0)
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

21:00. “Səbail” – “Qəbələ” 1:3
Qollar:
Baqali Dabo, 42, 90+3 (0:1), Vüqar Nadirov, 55 (1:1), Asif Məmmədov, 60 (1:2)
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ziya Nəsirov
“Dalğa Arena”, 21:00 

16 sentyabr (şənbə)

19:00. “Neftçi” – “Zirə” – 1:2 

16:30. “İnter” – “Sumqayıt” – 1:1 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43