Kateqoriyasız

“Qarabağ”a uğurlar arzulayıram” – Fərid Qayıbov

“Qrup oyunlarında “Qarabağ”a uğurlar arzulayıram”.

Idmanxeber.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov son bir aydakı nailiyyətlər barədə öz yazısında qeyd edib:

“Futbolumuzu qitə səviyyəsində layiqincə təmsil edən “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlməklə bizi yenidən sevindirdi. Komandanın bu mərhələdə də azarkeşləri sevindirəcəyinə inanıram” – deyə, o, bildirib.

“Qarabağ” G qrupunda Almaniyanın “Frayburq”, Yunanıstanın “Olimpiakos” və Fransanın “Nant” klubları ilə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43