Ölkə futbolu

“Qarabağ”a uşaqlıq arzumu reallaşdırmaq üçün gəlmişəm” – Juninyo

“Mənə təqdim olunan layihəyə və uşaqlıq arzuma – Çempionlar Liqasında oynamağa görə “Qarabağ”a gəldim. Hələ Çempionlar Liqasında oynamıram, amma Avropa Liqasında mübarizə aparırıq və inkişaf mərhələsindəyik”. 
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın hücumçusuJuninyo Portuqlaiya mətbuatına danışarkən deyib. 27 yaşlı hücumçu Ağdam təmsilçisinə transferindən, Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı keçirəcəkləri matçlardan danışıb:

 

“Avropa Liqasındakı oyunlarımız bir xəyal idi. Bu, əvvəllər yaşadıqlarından tamamilə fərqli hislər idi. Mənim üçün inanılmaz təcrübə oldu. Biz bilirik ki, Avropada asan matç yoxdur. “Braqa” ilə görüşlər nə bizim üçün asan olacaq, nə də rəqib üçün. “Braqa” yaxşı oynamağı bacaran əla komandadır. Lakin indi biz onları düşünmürük, oyundan-oyuna irəliləmək istəyirik”. 

“Qarabağ”la “Braqa” arasında ilk oyun fevralın 15-də Portuqaliyada, cavab görüşü isə fevralın 22-də Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43