Ölkə futbolu

“Qarabağ”da çox qol vuracağıma inanıram” – Redon Cica

“Belə səmimi qarşılanacağını gözləmirdim. Ansi Aqolli burada əfsanədir. Bakıya heyran oldum”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Radon Cica Albaniya mətbuatına müsahibəsində deyib.

Ağdam klubunun qışda transfer etdiyi hücumçu daha sonra sözlərinə belə davam edib:

“Burada çox sürətli futbol oynayırlar. Bu, bizimlə Azərbaycan arasında böyük fərqdir. “Qarabağ”da çox qol vuracağıma inanıram. Bu, hər bir hücumçunun arzusudur. Müntəzəm olaraq start heyətdə meydana çıxmaq üçün uğurlu çıxış etmək istəyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43