“Turan Tovuz”un ispaniyalı futbolçusu Roberto Olabe Çempionlar Liqası Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək “Atletik” – “Qarabağ” oyunu barədə danışıb.
O, İdmanxeber.az saytına açıqlamasında “Qarabağ”ın asan təslim olmayacağını vurğulayıb:
“Atletik” sürətli oynayan və azarkeşinin komandasını ruhlandıran bir klubdur. Bu mövsüm onlar üçün dinamikanı tutmaq bir qədər çətin olub, amma yenə də böyük oyunçuları və əla baş məşqçiləri olan çox yaxşı komandadır. “Qarabağ”la oyunun da maraqlı keçəcəyinə inanıram”.
29 yaşlı futbolçu İspaniyada Azərbaycan çempionundan ehtiyat edildiyini də sözlərinə əlavə edib:
“Təbii ki, “Qarabağ”ın matçda xal qazanamaq şansı var. Bu, rəqabətli bir qarşılaşma olacaq. Həmçinin İspaniyada deyilir ki, onlar Çempionlar Liqasında keçirdikləri hər iki oyunu da qazanıblar, bu da göstərir ki, çox güclü və asan rəqib deyillər.”
Həsən Quluzadə

