07 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın Çempionlar Liqası oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qarşı keçirəcəyi matçların vaxtı açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. 

İlk görüş iyulun 23-də İrlandiyada oynanılacaq və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43