21 İyun 2026
Dünya futbolu

“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi II raundda Polşa “Rakuv”unu mübarizədən kənarlaşdırsa, Kipr “Aris”i ilə qarşılaşacaq.

Limasol klubu II mərhələdə Belarus BATE-sini ilk oyunda 6:2, cavab matçında isə  5:3 hesabı ilə məğlub edib.

 “Qarabağ” Polşadakı görüşdə “Rakuv”a 2:3 hesabı ilə uduzub. Cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43