“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında 3-cü turda səfərdə “Atletik”lə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.
İdmanxeber.az-ın məlumatına görə, oyun İsraildən olan hakimlər briqadası tərəfindən idarə olunub.
Turnir cədvəlində “Qarabağ” 0 xalla 36-cı, “Atletik” isə 9 xalla 1-cidir.
Qeyd edək ki, Ağdam komandası əvvəlki turlarda “Benfika”ya 1:7, “Kopenhagen”ə isə 0:5 hesabı ilə uduzub.

