UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.
İdmanxeber.az-ın məlumatına görə, turnirdəki tək təmsilçimiz olan “Qarabağ” Cəbəllütariqin “Linkoln” klubu ilə “Viktoriya” stadionunda qarşılaşacaq. Matç iyulun 11-də Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
İyulun 19-da Bakı Olimpiya Stadionunda oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.

