Kateqoriyasız

“Qarabağ”ın pley-offdakı potensial rəqibləri məlum oldu

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaq “Qarabağ” – APOEL (Kipr) cütünün pley-off-dakı potensial rəqibləri müəyyənləşib.

İdmanxeber.az-ın məlıumatına görə, qalib tərəf səpələnməmişlər səbətində yer alacaq. Mərhələni keçən komanda səpələnmişlər səbətindəki klublardan birinə rəqib olacaq.

Pley-offun püşkü avqustun 5-i atılacaq.

Səpələnmişlər

ÇFR Kluj (Rumıniya) – “Seltik” (Şotlandiya) cütünün qalibi
PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) cütünün qalibi
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferensvaroş” (Macarıstan) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) cütünün qalibi

Səpələnməmişlər

“Slaviya” (Çexiya)
“Yanq Boyz” (İsveçrə)
APOEL (Kipr) – “Qarabağ” cütünün qalibi
“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç)  cütünün qalibi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43