Futbol üzrə İsveç çempionatının 24-cü turunun oyubnları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi “Haken” səfərdə “Kalmar”ın qonağı olub. Komanda görüşdən 0:1 hesabı ilə məğlub ayrılıb.
“Haken”in iki hücumçusu – Flip Trpçeviski və Bler Turqott zədə səbəbindən bu görüşdə çıxış etməyib.
Xatırladaq ki, “Haken” İsveç çempionatında 47 xalla 3-cü pillədə qərarlaşıb.

