Kateqoriyasız

“Qarabağ”ın rəqibindən qələbə

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”a rəqib olan “Partizani” yoxlama oyunu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Tirana təmsilçisi Polşanın yüksək liqasında çıxış edən “Krakoviya” klubu ilə qarşılaşıb. Görüş albaniyalıların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə Lukas Kardoso vurub.

Qeyd edək ki, “Qarabağ”la “Partizani” arasında ilk matç iyulun 10-da Albaniyada olacaq və Bakı vaxtı ilə 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43