19 İyun 2026
Dünya futbolu

“Qarabağ”ın rəqibindən yeni transfer

Danimarkalı hücumçu Kasper Dolberq yenidən “Ayaks”a qayıdıb.

İdmanxeber.az xəbər verir ki, Amsterdam klubu 27 yaşlı futbolçunu “Anderlext”dən transfer edib. Dolberq “Ayaks”la 2028-ci ilin yayına qədər qüvvədə olacaq 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Dolberq 2015–2019-cu illərdə də “Ayaks”da çıxış edib. O, həmin müddətdə 119 oyunda 45 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Karyerası ərzində o, Avropanın “Sevilya”, “Nitsa” və “Hoffenhaym” kimi klublarında da forma geyinib.

Xatırladaq ki, “Ayaks” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43