“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Cənubi Afrika Respublikasında davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı futbolçu “Marmo Qallants” klubuna keçib. Ndlovu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Ndlovu 2016-cı ilin avqust ayından 2018-ci ilin yanvarınadək “Qarabağ”da çıxış edib. O, Ağdam təmsilçisinin heyətində 54 rəsmi matçda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.

