28 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın yeni transferi zədəli çıxdı

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda yeni transferinin xidmətindən yararlana bilməyəcək.

İdmanxeber.com-un məlumatına görə, ağdamlıların yeni qapıçısı Hannes Tor Halldorson meydana çıxmayacaq. Bu barədə qolkiper özü açıqlama verib. O, DÇ-2018-in qrup mərhələsində Xorvatiya ilə qarşılaşmadan öncə zədələndiyini, matçın gedişində isə ağrılarının artdığını və bu səbəbdən qarşıdakı oyuna qədər hazır olmayacağını deyib.

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Slovenyiyanın “Olimpiya” klubu ilə qarşılaşacaq. Tərəflər arasındakı ilk oyun iyulun 11-də Lyüblyanada keçiriləcək. Cavab qarşılaşması isə iyulun 18-də Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43