09 İyun 2026
Kateqoriyasız

“Qarabağ”ın yeni transferindən iddialı açıqlama: “Hamı bilsin ki…”

"Uzun müddətdir oynamıram. Komanda yoldaşlarımı tanımaq baxımından bu matçda çıxış etmək mənim üçün önəmli idi. Qol vurmaq vacib deyil. Əsas olan klubumun yaxşı oyun sərgiləməsidir".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Dani Quintana deyib.

Azərbaycanın U-21 millisi ilə yoxlama görüşündə ilk dəfə komandasının heyətində meydana çıxan və debüt matçında ilk qolunu vuran Dani iddialı danışıb:

"Hamı bilsin ki, mən bu klubun uğurları üçün burdayam. Əlimdən gələni edəcəyəm ki, hər zaman özümü yaxşı tərəfdən göstərə bilim".

Ağdam klubunun yeni transferi daha sonra mövsümün sonuna kimi oynamayacağından formasını necə bərpa edəcəyi ilə bağlı verilən sualı belə cavablandırıb:

"Hazırkı vəziyyət yaxşı hal deyil. Amma heç olmasa hazırlıq oyunlarından istifadə edib çalışacam ki, formamı bərpa edim".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43