Kateqoriyasız

“Qarabağ”la oyun ölkə derbisidi” – Regekampf

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniya mətbuatına müsahibə verib.

İdmanxeber.az xəbər verir ki, “Digisport”a danışan mütəxəssis Konfrans Liqasında mübarizəni dayandırmaları haqda bunları söyləyib:

“Xoş təcrübədir. Konfrans Liqasında mübarizə apardıq. Bura hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadığı üçün məyusam. Bizdən daha yaxşı olan bir komandaya uduzduq. Ancaq hər zaman tələb olunan mərhələ adlamaqdır.

Azərbaycandakı futbol haqda bir şey deyə bilmərəm. Hər çempionatın özünə xas xüsusiyyətləri var. Belə təcrübələr məni cəlb edir”.

Rumıniyalı məşqçi “Neftçi”nin hazırkı durumundan və Premyer Liqanın növbəti turunun “Qarabağ”la matçından da söz açıb:

“İndi yaxşıyıq. “Qarabağ”la oyun hər cəhətdən xüsusidir. Bu, ölkə derbisidir. Azarkeşlər və gərginlik çox olacaq. Qələbəyə ümid edirəm”.

“Neftçi” Premyer Liqada 2-ci sıradadır. “Ağ-qaralar” VIII turda oktyabrın 1-də səfərdə “Qarabağ”la qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43