Kateqoriyasız

“Qarabağ”la oyundan öncə əməliyyat olundu

“Qaraba”ın Avropa Liqasındakı rəqibi “Olimpiakos” klubunun əsas qapıçısı Tomaş Vatslik əməliyyat olunub.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı çexiyalı qolkiper ötən gün sağ çiynindən cərrahi müdaxiləyə ehtiyac duyub. Təcrübəli qapıçı 3 aydan sonra yaşıl meydanlara qayıdacaq.

Qeyd edək ki, Vatslik Çexiya yığmasının heyətində Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında zədələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43