09 İyul 2026
Kateqoriyasız

“Qəbələ”, “Neftçi” və “Qarabağ”dan səfər qələbəsi (NƏTİCƏLƏR)

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 33-cü tura start verilib.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi” səfərdə “İnter”lə qarşılaşıb. Matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Xəzər Lənkəran” doğma meydanda “Qarabağ”la üz-üzə gəlib və uduzub – 2:3.

Turun digər matçında “Qəbələ” “Sumqayıt”ın qonağı olub. Qarşılaşma “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

7 may

Əvəzedicilərin çempionatı, 33-cü tur

“Sumqayıt” – “Qəbələ” – 1:2
Qollar:
 Elmin Ağayev, 7 (1:0), Elnur Mustafazadə, 49 (1:1), Ramil Həsənov, 60 (1:2)

“Xəzər Lənkəran” – “Qarabağ” – 2:3
Qollar:
 Elvin Turabov, 40 (0:1), Fuad Kərimli, 46 (0:2), İlham Mirzəyev, 55 (0:3), Zaman Mirzəzadə, 65 (1:3), Hüseyn Xəlilzadə, 90+4 (2:3)

“İnter” – “Neftçi” – 1:3
Qollar:
 Cavid Muxtarzadə, 6 (0:1), Mirabdulla Abbasov, 58 (0:2), Dieqo Madriqal, 75 (1:2), Fəhmin Muradbəyli, 89-pen (1:3)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43