İdman

“Qəbələ” yoxlama matçında qüvvəsini sınayıb

Hazırda Ukraynada təlim-məşq toplanışı keçirən “Qəbələ” hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. 

İdmanxeber.com-un məlumatına görə, Roman Qriqorçukun yetirmələri Moldovanın “Dinamo-Avto” klubu ilə görüşüb. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayıb və komandamızın qələbəsi ilə yekunlaşıb. Matçda ilk qolu 79-cu dəqiqədə Baqali Dabo vurub. 90-cı dəqiqədə Rəşad Eyyubovun qolu isə yekun nəticəni müəyyənləşdirib – 2:0.


Xatırladaq ki, “Qəbələ”nin Ukraynadakı təlim-məşq toplanışı sentyabrın 7-dək davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43