Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir.
İdmanxeber.com-un məlumatına görə, təmsilçilərimizdən "Qəbələ" də növbəti matçına çıxacaq.
Əyalət klubu Macarıstanda MTK-nin qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 21-də Bakıda, 8-ci km qəsəbə stadionunda keçiriləcək.
14 iyul
Avropa Liqası, II təsnifat mərhələsinin ilk oyunu
22:30. MTK (Budapeşt, Macarıstan) 1-2 "Qəbələ" (Azərbaycan)
Qol: Torgelle 70 – Nika Kvekveskiri 25, Filip Ozobiç 63.
Baş hakim: Boyan Pandjiç
Köməkçi hakimlər: Stefan Hallberq və Maqnus Syoblom
Dördüncü referi: Mohammed Al-Hakimi (hamısı İsveç)
Dyör şəhəri. "Dyirmoti" stadionu.

