Kateqoriyasız

“Qəbələ”nin III mərhələdəki rəqibi məlum oldu

Avropa Liqasının II təsnifat mərhələsində Serbiya “Çukariçki”sini məğlub edən “Qəbələ”nin növbəti mərhələdəki rəqibi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, Litvanın “Trakayi” klubunu iki oyunu nəticəsində məğlub edən Kipr təmsilçisi “Apollon” III mərhələdə “Qəbələ” ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk görüşün iyulun 30-da Kiprdə keçiriləcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43