06 İyun 2026
Dünya futbolu

Qrizmann “Atletiko” tarixində ilkə imza atdı

“Atletiko”nun hücumçusu Antuan Qrizmann klub tarixində 200 qol vuran ilk futbolçu olub.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı fransalı forvard bu uğura Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Ayntraxt”a qarşı keçirilən görüşdə (5:1) imza atıb. O, matçın 45-ci dəqiqəsində fərqlənib.

“İnter Mayami”də çıxış edən Anxel Korrea 88 qolla “Atletiko” tarixində ikinci ən məhsuldar oyunçudur. Komandanın kapitanı Koke isə 48 qolla siyahıda üçüncüdür.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43