Kateqoriyasız

“Qrupun iki güclü komandasından biri “Qarabağ”dı” – AÇIQLAMA

“Qarabağ”ı çox çətin oyun gözləyir. “Olimpiakos” qrupda iki oyunu uduzsa da, olduqca yaxşı heyətə sahibdir. Əlavə olaraq bildirim ki, bu məğlubiyyətlərdən sonra təmsilçimizlə görüşə daha motivasiyalı çıxacaqlar. Çətin oyun olacaq. Ancaq “Qarabağ” da yaxşı komandadır. Səfərədən xalla qayıdacağımıza ümid etmək olar. Qələbə qazanmasını istəsəm də, bir xal da pis deyil. Hər halda komandamıza inanırıq”.

Bu sözləri İdmanxeber.az saytına Ağdam klubun sabiq üzvü Rahid Əmirquliyev UEFA Avropa Liqası qrup mərhələsi çərçivəsində keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı barədə danışarkən deyib.

Hazırda “Səbail”də çıxış edən təcrübəli futbolçu “köhlən atlar”ın qrupdakı şanslarını da dəyərləndirib:

“Komandanın qrupdan çıxmaq üçün şansları var. Ən azından ikinci yeri tutub növbəti mərhələyə yüksələ bilər. Qrupun favoriti “Frayburq” olsa da, onun ardınca ikinci güclü komanda “Qarabağ”dır. Qarşıdakı iki “Olimpiakos” oyunlarından çox şey asılıdır. Unutmayaq ki, hələ Fansada “Nant”la təmsilçimizi çətin qarşılaşma gözləyir. Bakıda onları məğlub etsək də, səfərdə revanş almaq istəyəcəklər. Ancaq hər şeyə rəğmən, “Qarabağ”ın qrupdan çıxmaq üçün şansları var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43