“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Düdelanj”a (Lüksemburq) qarşı keçiriləcək matç əlamətdar olacaq.
İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, bu görüşlə 47 yaşlı mütəxəxsis 100-cü avrokubok oyununa çıxacaq.
Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” görüşü oktyabrın 3-cü Bakı vaxtı ilə 23:00-da başlayacaq.